Eşli Koul İtaliya klubunda
"Arsenal" və "Çelsi"nin keçmiş müdafiəçisi Eşli Koul Seriya B təmsilçisi "Çezena"nın baş məşqçisi təyin edilib.
Sportlife.az xəbər verir ki, 45 yaşlı mütəxəssisin müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir. Sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər.
Koul əvvəllər "Çelsi"nin gənclər komandasının baş məşqçisi olub.