Premyer Liqada 100-ə çatan 3-cü braziliyalı

  • Bu gün, 13:30

"Tottenhem"in hücumçusu Rişarlison İngiltərə Premyer Liqasında 100 qolun (73 qol və 27 məhsuldar) vurulmasında birbaşa iştirak edən üçüncü braziliyalı olub.

Sportlife.az xəbər verir ki, XXX turun "Liverpul"la oyununda (1:1) baş verib. Sambaçı 90-cı dəqiqədə fərqlənib.

O, bu göstərici üzrə yalnız Roberto Firmino (82 qol və 50 məhsuldar ötürmə) və Qabriel Jezusdan (78 qol və 40 məhsuldar ötürmə) geri qalır.

Bu oyundan sonra "Liverpul" İngiltərə Premyer Liqasında turnir cədvəlinin 5-ci, "Tottenhem" 16-cı pilləsində qərarlaşıb.


Paylaş: