Laporta yenidən prezident seçildi

  • Bu gün, 10:00

Joan Laporta "Barselona"ya prezident seçkilərində qalib gəlib.

Sportlife.az xəbər verir ki, o, səslərin 68,18%-ni, rəqibi Viktor Font isə 29,78%-ni toplayıb.

Laporta iyulun 1-dən vəzifəsinin icrasına başlayacaq və Kataloniya klubuna 2031-ci ilə qədər rəhbərlik edəcək.

O, daha əvvəl 2003-cü ildən 2010-cu ilə qədər və 2021-ci ildən 2026-cı ilə qədər bu klubun prezidenti olub.


Paylaş: