AFFA-nın "Neftçi"yə qərəzi VAR?
Premyer Liqanın 23-cü turunda “Neftçi” – “Turan Tovuz” matçında azarkeşlərin açdığı “Sizə nə VAR?” pankartına görə “Neftçi” 15 000 manat cərimələndi. AFFA İntizam Komitəsi bunu təhqiredici hesab etdi və İntizam Məcəlləsinin 52.6-cı maddəsinə istinad etdi.
Amma diqqət: 52.6-cı maddə azarkeşlərin davranışını nəzərdə tutmur. Doğru istinad 52.5-ci maddəyə edilməli idi və orada maksimum cərimə 8 000 manatdır. AFFA isə azarkeşlərin məsuliyyətinə aid olmayan maddəyə əsasən təxminən iki dəfə çox cərimə tətbiq edib. Yəni, komitə öz qaydalarını açıq şəkildə pozub.
Bu, qərəzli mövqe nümunəsi deyilmi? Hüquq prinsiplərini belə rahat pozmaq olar? AFFA maddələri niyə qarışdırsın ki? Qanunun aliliyinin yerinə qərəz?
Azərbaycan futbolunda hüquq, qayda və ədalət prinsipləri daima qorunmalıdır. Bu nəzarət edən qurum AFFA-dır. Onlar da bacarmır...
Mirələm HƏSƏNLİ