"Sabah"dan 2-ci qələbə

  • Bu gün, 16:11

"Sabah" Azərbaycan Basketbol Liqasının final seriyasında 2-ci qələbəsini qazanıb.

Sportlife.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda "Abşeron Layns"ı məğlub edib.

Qarşılaşma 112:84 hesabı ilə bitib.

Xatırladaq ki, ilk görüşdə də "Sabah" rəqibini üstələyib - 98:93. Final seriyasında 3 qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.


Paylaş: