Bəxtiyar etməyən baş katib

  • Bu gün, 11:43

Bəxtiyar Musayevin AFFA-nın Texniki departamentinin Skautlar şöbəsinə rəis təyin olunmasından 8 ay keçib. Maraqlıdır, bu müddətdə Musayev hansı müsbət işi ilə yadda qalıb?

Təəssüf ki, bu sualın cavabı yoxdur. Çünki bununla bağlı heç bir məlumatla rastlaşmamışıq. Əgər olsaydı, AFFA-nın rəsmi saytında bu barədə nələrsə yazılar, qeydlər edilərdi. Rəsmi saytda aparılan sadə axtarış belə göstərir ki, Musayevin adı yalnız təyinat xəbərində keçir. Ondan sonra isə sükut.

AFFA-nın baş katibi Cahangir Fərəcullayevin idarəçilik yanaşmasına dair növbəti sual işarəsi və hətta ciddi nida!

Bu sual işarəsi Cahangir Fərəcullayevin yarımçıq işlər görməsinin növbəti nümunəsidir. Təyinatlar edilir, lakin ardı gəlmir. Plan yoxdur. Nəticə görünmür. Hesabat verilmir.

Fərəcullayev vəzifəyə gəldiyi gündən necə sıfır nöqtəsində idisə, elə indi də həmin yerdədir.

Mirələm HƏSƏNLİ 


Paylaş: