Finallisima ləğv olundu
Argentina və İspaniya milli komandaları arasında keçirilməli olan Finalissima-2026 Yaxın Şərqdəki münaqişə səbəbindən ləğv edilib.
Sportlife.az xəbər verir ki, Avropa və Cənubi Amerika çempionları arasında oyun martın 27-də Qətərdə keçirilməli idi.
“UEFA ilə Qətərdəki təşkilatçılar arasında uzun müzakirələrdən sonra bu gün elan olundu ki, regiondakı mövcud siyasi vəziyyətə görə 2024-cü il Avropa çempionu olan İspaniya və Amerika Kubokunun qalibi Argentina arasında keçirilməli olan Finalissima martın 27-də, planlaşdırıldığı kimi, Qətərdə baş tuta bilməyəcək.