Flik qərarını verdi
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Kataloniya klubu ilə müqaviləsini 2028-ci ilə qədər uzadacaq.
Sportlife.az xəbər verir ki, almaniyalı mütəxəssis artıq bununla bağlı öz razılığını verib.
O, Joan Laportanın "Barselona"dakı prezident seçkilərində qalib gəlməsindən sonra fikrini qətiləşdirib.
Flik "Barselona"dakı həyatından məmnundur və gənc oyunçuların inkişafına üstünlük verir. Onun əsas məqsədi hazırkı nəsillə Çempionlar Liqasını qazanmaqdır.
İspaniya La Liqasında 28 oyundan sonra "Barselona" 70 xalla turnir cədvəlinə başçılıq edir və "Real"dan 4 xal öndədir.