Millimizdə daha 2 portuqaliyalı

  • Bu gün, 16:29

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Rui Jorjenin iki köməkçisi bəlli olub.

Sportlife.az xəbər verir ki, bu barədə portuqaliyalı mütəxəssisin özü mətbuat konfransında məlumat verib.

O, həmin məşqçilərin həmyerliləri Aleksandr Silva və Romeo Almeyda olduğunu söyləyib: “Silva uzun illərdir mənimlə bir yerdədir. Bu iki mütəxəssisə çox güvənirəm. İnanıram ki, birlikdə yaxşı işlər görəcəyik”.

Qeyd edək ki, Rui Jorjenin üçüncü köməkçisi azərbaycanlı məşqçi olacaq.


Paylaş: