Ançelottidən "Real"a dəstək
"Real"ın sabiq baş məşqçisi Karlo Ançelotti "kral klubu"nun Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti" ilə cavab oyunundan danışıb.
Sportlife.az xəbər verir ki, o, keçmiş komandasına inandığını bildirib:
"Vaxtaşırı klubdakı insanlarla əlaqə saxlayıram. "Mançester Siti" ilə oyundan sonra klubu və prezidenti təbrik etdim, həmçinin oyunçularla danışdım.
"Real" "Siti"ni keçəcəkmi? Bəli, keçməlidir. Yaxşı müdafiə olunmalı və ilk oyundakı 3:0 hesablı üstünlüyü qorumalıdır.
Valverdenin het-triki məni təəccübləndirmədi. Amma qollar fantastik idi. Ona yazdım ki, Braziliya pasportunun olmaması təəssüf doğurur".
Qeyd edək ki, "Mançester Siti" və "Real" arasında cavab oyunu martın 17-də keçiriləcək.