Laportadan Messiyə "yaşıl işıq"
Joan Laporta yenidən "Barselona"nın prezidenti seçildikdən sonra argentinalı hücumçu Lionel Messinin kluba mümkün qayıdışı ilə bağlı suala cavab verib.
Sportlife.az xəbər verir ki, funksioner komandanın qapılarının argentinalı superulduzun üzünə açıq olduğunu bildirib:
"Lionel həmişə "Barselona" ilə bağlı olacaq, hansı formada olursa olsun. Əgər o, komandamızın güclənməsinə və əzəmətini artırmasına kömək etməyə davam etmək qərarına gələrsə, qapılarımız onun üzünə açıqdır".
Qeyd edək ki, Joan Laporta 2031-ci ilə qədər klubun prezidenti olaraq qalacaq.