Seneqalın çempionluğu əlindən alındı
Seneqala Afrika Millətlər Kubokunun final oyununa görə texniki məğlubiyyət verilib.
Sportlife.az xəbər verir ki, buna komandanın hakim qərarlarına etiraz olaraq meydanı tərk etməsi səbəb olub.
Mərakeşin apellyasiya şikayətini təmin edən Afrika Futbol Konfederasiyası yığmanı turnirin qalibi elan edib.