Demçenkonun qələbə şərhi
Azərbaycan Premyer Liqasının XXI turunun “Karvan-Yevlax” – “Araz-Naxçıvan” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
– Çətin oyun olacağını bilirdik. “Karvan-Yevlax” elə vəziyyətdədir ki, onların itirəsi heç nəyi yoxdur, sona qədər döyüşəcəkdilər. Komandama dedim ki, rəqibi qiymətləndirmək lazımdır. Birinci hissədə istədiklərimizi tam olaraq edə bilmirdik. Belə vəziyyətdə səbirli olub şansını gözləmək lazımdır. Səbirli olub əks-hücumda qol vurduq. İkinci hissədə bir az fərqli oynadıq. Rəqibə oynamaq üçün məsafə verməməyə çalışdıq. Futbolçularıma təşəkkürümü bildirdim. Qələbə qazanmaq üçün hər şeyi etdilər. Hələ rahat ola bilmərik. Qarşıda oyunlarımız var.
– Felipe Santos daimi olaraq əsas heyətdə oynayacaq?
– Biz Santosa izah etdik ki, o, yaxşı futbolçudur. Onun yaxşı keyfiyyətləri var. Hər şey çox sadədir. O, öz üzərində daha çox işlədi və əsas heyətə qayıtdı.
– Klub prezidenti Ramin Axundovun axtarışa verilməsi komandaya necə təsir edir?
– Bu barədə elə də məlumatım yoxdur. Biz işimizi görürük. Bizim standart rejimimiz var. Komanda öz işini görməyə davam edir.