"Turnir cədvəlinə fikir vermirik"

  • Bu gün, 20:28

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının XXI turunda "Azərsun Arena"da "Zirə"ni 2:0 hesabı ilə məğlub edib.

Sportlife.az xəbər verir ki, Qərb təmsilçisinin baş məşqçisi Qurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- İlk hissədə oyunumuz pis alınmadı. Əvəzetmələrdən sonra təşəbbüsü bir qədər əldən verdik. Şükürlər olsun ki, qələbə qazandıq.

- Avrokubok mübarizəsində əsas rəqiblərinizdən birini məğlub etdiniz. Mövsümün qalan hissəsində şanslarınızı necə dəyərləndirirsiniz?

- Biz turnir cədvəlinə fikir vermirik. Oyundan-oyuna növbəti matçı düşünürük. Buna köklənirik.


Paylaş: