Millimiz üçün 2 sınaq matçı

  • Bu gün, 13:32

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Moldovada təlim-məşq toplanışı keçəcək.

Sportlife.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda toplanış çərçivəsində Moldova yığması ilə iki yoxlama matçında gücünü sınayacaq.

Bu gün startı verilən toplanış fevralın 22-dək Bakıda, 23-dən 28-dək isə Moldovanın paytaxtı Kişineuda baş tutacaq.

U-19 Kişineudakı hazırlıq dönəmində fevralın 25-də və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılşacaq. Hər iki görüşün Bakı vaxtı ilə saat 15:00-da başlanması planlaşdırılır.


Paylaş: