FIFA Fələstinə futboluna pul ayırdı

  • Bu gün, 10:46

FIFA Fələstində futbolun inkişafı üçün vəsait ayıracaq.

Sportlife.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu Sülh Şurasının ilk iclasında açıqlayıb.

O, dünya futbolunun idarəedici orqanı olan FIFA-nın Qəzza zolağında bu idman növünün inkişafına 75 milyon dollar sərmayə qoyacağını bildirib.

Tramp, həmçinin qeyd edib ki, FIFA üzvləri Qəzzanın yenidən qurulması fonduna 7 milyard dollar ianə ediblər, BMT isə humanitar yardım üçün 2 milyard dollar ayırıb.


Paylaş: