Premyer Liqa: Tur 2 oyunla başlayır

  • Bu gün, 10:01

Bu gün Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.

Sportlife.az xəbər verir ki, ilk gündə 2 oyun keçiriləcək.

Əvvəlcə “Turan Tovuz” “Zirə” ilə qarşılaşacaq. Oyunun baş hakimi Rəvan Həmzəzadə olacaq.

Daha sonra “Sumqayıt” doğma meydanda “Qəbələ” ilə üz-üzə gələcək. Görüşün baş hakimi Fərid Hacıyev olacaq.

Bu turun “Neftçi” – “Qarabağ” matçı təxirə salınıb. “Karvan” – “Araz-Naxçıvan” matçı 21 fevralda, “İmişli” – “Şamaxı” və “Sabah” – “Kəpəz” oyunları 22 fevralda keçiriləcək.

Azərbaycan Premyer Liqası
XXI tur

20 fevral

17:00. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər Əhmədov.
“Azersun Arena”

19:30. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


Paylaş: