“Neftçi”də pozitiv dalğa

  • Bu gün, 10:20

“Neftçi” mövsümün ikinci dövrəsində ciddi yüksəliş göstərir. Yuri Vernidubun rəhbərliyi altında “ağ-qaralar” ardıcıl üçüncü qələbəsini qazanaraq həm oyundakı ritmi, həm də nəticələri ilə diqqət çəkir. Son turda “Kəpəz” üzərindəki 3:1 hesablı qələbə komandada yaranan pozitiv atmosferin bariz nümunəsidir.

İlk hissədə vurulan qollar yalnız oyunun taleyini həll etmədi, həm də “Neftçi”nin oyun üslubundakı müsbət dəyişiklikləri də üzə çıxardı. Bu pozitiv dalğa ardıcıl qələbələr şəklində nəticələrdə də özünü göstərir. Son turlarda topladığı xallarla avrokuboklara vəsiqə verən 3-cü pillə ilə fərqi 5-ə endirən Bakı təmsilçisi Vernidubla birlikdə yüksəlişini davam etdirməkdə qərarlı görünür.

Hazırda “Neftçi” üçün əsas amil daxili motivasiyanı qorumaq və formalaşan dinamikanı mövsümün sonunadək davam etdirməkdir. Vernidubun komandaya gətirdiyi müsbət enerji yalnız turnir cədvəlində deyil, azarkeşlərin komandaya inamında da özünü göstərir.

Pozitiv enerji, ardıcıl qələbələr və motivasiyanın artması “ağ-qaralar”ın yenidən avrokubok mübarizəsinə qayıtdığını təsdiqləyir.

Səlim


Paylaş: