"Zirə"dən qələbə, mərkəzi arenada heç-heçə
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk matçları başa çatıb.
Sportlife.az xəbər verir ki, günün ikinci oyununda "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"ı qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində Kadi Borges, qonaqlarda isə Umarali Raxmonaliyev dubl ediblər.
Günün ilk matçında "Zirə" "Turan Tovuz"a 2:0 hesablı qalib gəlib.
Xatırladaq ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 21-22-də keçiriləcək.