
Premyer Liqada ayın baş məşqçisi
“Liverpul”un baş məşqçisi Arne Slot avqustda Premyer Liqada ayın baş məşqçisi seçilib.
Sportlife.az xəbər verir ki, mersisaydlılar 46 yaşlı mütəxəssisin rəhbərliyi altında "Bornmut" (4:2), "Nyukasl" (3:2) və "Arsenal"a (1:0) qalib gəlib.
"Liverpul" 9 xalla Premyer Liqanın turnir cədvəlində birincidir.