"Tottenhem"dən "Liverpul"a

  • Bu gün, 18:31

"Liverpul" "Tottenhem"in yarımmüdafiəçisi Lukas Berqvallı transfer etmək istəyir.

Sportlife.az xəbər verir ki, "qırmızılar" "Aston Villa"nın da izlədiyi 20 yaşlı isveçli futbolçu ilə maraqlanır.

Bu mövsüm Berqvall 26 matçda bir qol vurub və dörd məhsuldar ötürmə edib. O, 2024-cü ildən "Tottenhem"də çıxış edir. Müqaviləsi 30 iyun 2031-ci ilə qədərdir. 

Berqvall İsveç millisində altı oyun keçirib.


Paylaş: