Mala qardaşları Premyer Liqa yolunda
"Brayton" "Köln"ün hücumçusu Səid El Malanı transfer etmək istəyir.
Sportlife.az xəbər verir ki, almaniyalı futbolçu ilə "Bavariya" da yaxından maraqlanır.
"Brayton" Səidin "Köln"ün gənclər komandasında oynayan 20 yaşlı qardaşı Malek El Malanın də xidmətində maraqlıdır.
Səid bu mövsüm 24 matçda yeddi qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla 2030-cu ilin yayınadək müqaviləsi var.