Fabreqas və Alleqri arasında insident

  • Bu gün, 12:50

İtaliya A Seriyasının 24-cü turunun "Milan" - "Komo" oyunundan sonra iki komandanın baş məşqçisi Massimiliano Alleqri və Sesk Fabreqas arasında mübahisə yaranıb.

Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis oyun zamanı "Milan"ın hücumçusu Aleksis Salemakersi yan xəttə itələyərək Alleqrini qəzəbləndirib. Daha sonra o, texniki zonadan kənara çıxaraq qırmızı vərəqə alıb.

Oyundan sonra Alleqri və Fabreqas mətbuat konfransına gedərkən mübahisə ediblər.

"Milan"ın hazırda 54 xalı var. 25 oyundan sonra komanda A Seriyasında lider "İnter"dən 7 xal geri qalaraq ikinci yerdədir. "Komo" 42 xalla altıncıdır.


Paylaş: