Nərimanın ABŞ-dakı məşqçiləri məlum oldu

  • Bu gün, 14:57

Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin transfer olunduğu ABŞ-nin "Kolambus Kru" klubu yeni mövsüm üçün əsas komandanın məşqçilər heyətini elan edib.

Sportlife.az xəbər verir ki, baş məşqçi Henrik Ridströmun rəhbərlik edəcəyi texniki heyətdə assistentlər Teodor Olsson, Loran Kurtua və Coş Vilyams yer alıblar.

Komandanın qapıçılar üzrə məşqçisi funksiyasını Fil Berger yerinə yetirəcək. Video və məlumat analizi şöbəsinə Mark ONil rəhbərlik edəcək, Mak Pakhay isə əsas komandanın analitiki vəzifəsində çalışacaq.

Qeyd edək ki, Nəriman Axundzadənin "Kolambus Kru" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi bu keçid üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.


Paylaş: