Simeonenin heç-heçə şərhi

  • Bu gün, 14:39

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının pley-off mərhələsində Belçikada "Brügge" ilə 3:3 hesablı heç-heçəni şərh edib.

Sportlife.az xəbər verir ki, mütəxəssis bunları deyib:

"Biz 2:0, sonra 3:2 hesabı ilə irəlidə idik, amma rəqib buraxdığımız qollara yaxşı cavab verdi. Yüksək temp, keyfiyyətli oyun və qollarla gözəl bir matç idi. Madridə müsbət nəticə ilə qayıdırıq və işi evdə bitirməyə ümid edirik".

Qeyd edək ki, cavab oyunu fevralın 24-də keçiriləcək.


Paylaş: