"Nyukasl"dan Azərbaycana təşəkkür

  • Bu gün, 15:09

İngiltərənin "Nyukasl" klubunun azarkeşləri UEFA Çempionlar Liqasında "Qarabağ"la pley-off oyunundan (6:1) sonra Azərbaycan xalqına təşəkkür edib.

Sportlfie.az xəbər verir ki, bununla əlaqədar klubun azarkeş qrupunun X sosial şəbəkə hesabında paylaşım edilib.

"Son günlər ərzində göstərilən isti qarşılanma və qonaqpərvərliyə görə Bakıya, Azərbaycan xalqına təşəkkür edirik.

Gözəl şəhərdir və imkan düşərsə, hər kəsə mütləq ziyarət etməyi tövsiyə edirik. Bu, indiyədək çıxdığımız ən möhtəşəm səfər oldu". - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, dünən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunu 2000-a yaxın ingilis azarkeş stadiondan canlı izləyib.


Paylaş: