"Qarabağ"ın oyununda hakim səhvi təsdiqləndi

  • Bu gün, 11:47

İngiltərə Premyer Liqasının hakimlər korpusunun sabiq rəhbəri Kit Hakett norveçli referi Espen Eskosun "Nyukasl"la oyunda "Qarabağ"ın qapısına təyin etdiyi ilk penaltinin yanlış olduğunu bildirib.

Sportlife.az xəbər verir ki, həmin epizodda top yerə yıxılan Mateuş Silvanın dayaq əlinə dəyib və qaydalara görə belə hallarda penalti təyin edilmir.

Norveçli referi əvvəlcə penalti təyin etməsə də, niderlandlı həmkarlarının VAR-a baxmağa dəvətindən sonra fikrini dəyişib.

Qeyd edək ki, görüş qonaqların 6:1 hesablı qələbəsi ilə başa çatıb.


Paylaş: