Azərbaycan klubunda yeni məşqçi
"Xankəndi"nin məşqçilər korpusunda yeni təyinat olub.
Sportlife.az xəbər verir ki, Elçin Sadıqov bölgə təmsilçisinin qapıçılar üzrə məşqçisi təyin edilib. 36 yaşlı mütəxəssis 2020–2025-ci illərdə "Səbail"in müxtəlif yaş qruplarında çalışıb.
UEFA-nın B kateqoriyalı məşqçi lisenziyasına sahib olan E.Sadıqovun son iş yeri 2025-ci ildə qapıçı-məşqçi vəzifəsində fəaliyyət göstərdiyi "Şəfa" klubu olub.