"Qarabağ" 7 min cərimələndi
"Qarabağ"ın futbolçusu Kadi 2 oyunluq cəzalanıb.
Sportlife.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna braziliyalı yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasının XX turunda "İmişli" ilə oyunda birbaşa qırmızı vərəqə alması səbəb olub. "Köhlən atlar" ciddi qayda pozuntusuna yol verən oyunçuya görə 1 000 manat cərimə ödəməli olacaq.
"İmişli"nin legioneri Dioqu Almeyda hakimin qərarına etiraz etdikdən sonra 2-ci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün 1 matç cəza ilə üzləşib. Bölgə təmsilçisi 2 500 manat cərimələnib. Klub qarşılaşmanın fasiləsində meydana kənar şəxsin daxil olması ucbatından daha 2 500 manat ziyana düşüb.
Görüşün sonlarında Ağdam klubunun azarkeşləri pirotexniki vasitədən istifadə ediblər. Bu, cari mövsümdə üçüncü dəfə təkrarlandığına görə "Qarabağ" 6 000 manat ödəyəcək.