Azərbaycandan getdi, 2 dəfə klub dəyişdi
“Turan Tovuz”un sabiq qapıçısı İvan Konovalov növbəti dəfə komandasını dəyişib.
Sportlife.az xəbər verir ki, rusiyalı qolkiper karyerasını yenidən Qazaxıstanda davam etdirəcək. Daha əvvəl “Tobol”da çıxış etmiş Konovalov bu dəfə çempionatın digər iştirakçısı “Altay”la anlaşıb.
Moskva “Spartak”ının yetirməsi olan futbolçu karyerası ərzində tez-tez klub dəyişməklə diqqət çəkir. Hazırda 31 yaşı olan Konovalov Rusiya, Serbiya, Belarus, Şotlandiya və Qazaxıstanda da oynayıb. “Altay” onun karyerasında 14-cü komandadır.
Qeyd edək ki, İvan Konovalov 2024-2025 mövsümündə ölkəmizdə “Turan Tovuz”un formasını geyinib.