İdmançımız Olimpiadada mübarizəyə başlayır

  • Bu gün, 10:45

Azərbaycan idmançısı Vladimir Litvintsev İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.

Sportlife.az xəbər verir ki, o, fiqurlu konkisürmə üzrə qısa proqramda qüvvəsini sınayacaq. Milan şəhərində yerləşən "Mediolanum Forum" arenasında təşkil olunacaq yarış Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Digər təmsilçimiz Anastasiya Papatoma isə fevralın 15-də dağ xizəyi üzrə nəhəng slalom (giant slalom), 3 gün sonra slalom növündə bacarığını nümayiş etdirəcək. Həmin yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina d'Ampetsoda keçiriləcək.

Qeyd edək ki, “Milan-Kortina-2026” Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.


Paylaş: