"Qarabağ"dan vacib qələbə

  • Bu gün, 16:50

"Qarabağ" Azərbaycan Premyer Liqasının XIX turunda "Şamaxı"nı məğlub edib.

Sportlife.az xəbər verir ki, Şamaxı şəhər stadionundakı qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

14-cü dəqiqədə meydan sahiblərinin heyətində Oruc Məmmədov hesabı açıb. 18-ci dəqiqədə Ağdam təmsilçisinin yarımmüdafiəçisi Joni Montiel cərimə zərbəsindən baxımlı qola imza atıb. 90+4-cü dəqiqədə Kamilo Duran adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 42-yə çatdıran "Qarabağ" ikinci pillədə qərarlaşıb. 23 xalı olan "Şamaxı" 8-ci sıradadır.

Günün ikinci oyununda "Neftçi" "Qəbələ"ni qəbul edəcək.

Qeyd edək ki, XIX turun daha əvvəl keçirilən görüşlərində "Sabah" "Araz-Naxçıvan"ı (4:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Turan Tovuz" "Karvan-Yevlax"ı (1:0) üstələyib, "İmişli" - "Kəpəz" görüşündə isə hesab açılmayıb.


Paylaş: