Qarnaço transferə çıxarıldı
"Çelsi" Alexandro Qarnaçonu transferə çıxarıb.
Sportlife.az xəbər verir ki, London klubu 21 yaşlı cinah oyunçusu satmağa hazırlaşır.
Qarnaço 2025-ci ilin avqustunda "Mançester Yunayted"dən "Çelsi"yə 40 milyon avroya keçib. Vingerin "Çelsi" ilə hazırkı müqaviləsi 2032-ci ilə qədərdir.
Bu mövsüm Qarnaço 39 oyunda meydana çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.