"Sabah" - "Qarabağ": Hakimlər bilindi

  • Bu gün, 15:06

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının təyinatları açıqlanıb.

Sportlife.az xəbər verir ki, "Zirə" - "Turan Tovuz" matçı Əli Əliyevə, "Sabah" - "Qarabağ" görüşü isə Rəvan Həmzəzadəyə tapşırılıb.

21 aprel (çərşənbə axşamı)

19:00. “Zirə” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu

22 aprel (çərşənbə)

20:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu
VAR: Kamranbəy Rəhimov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena”.

Qeyd edək ki, ilk oyunlarda "Zirə" "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub edib, "Qarabağ" isə "Sabah"la bərabərə qalıb - 2:2.


Paylaş: