Simeone London yolunda

  • Bu gün, 13:06

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone karyerasını İngiltərədə davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, argentinalı mütəxəsisin xidmətində "Çelsi" maraqlıdır.

"The Sun" qəzetinin məlumatına görə, o, hazırda London klubunun əsas seçimidir.

Hazırkı baş məşqçi Liam Rosenyorun rəhbərliyi altında komanda uğursuz çıxış edir. "Çelsi" ardıcıl 4 Premyer Liqa oyununda qol vurmadan məğlub olub.

Dieqo Simeone 2011-ci ildən "Atletiko"ya rəhbərlik edir. Rosenyor isə bu il yanvarın 6-da "Çelsi"nin sükanı arxasına keçib.


Paylaş: