Verner 2 ildən sonra qol vurdu

  • Bu gün, 12:48

Timo Verner ABŞ-nin "San-Xose Ertkveyks" komandasında ilk qolunu vurub.

Sportlife.az xəbər verir ki, 30 yaşlı futbolçu "Los-Anceles"ə qarşı MLS oyununda fərqlənib.

Verner bu mövsüm MLS-də 5 qolun vurulmasında (1 qol, 4 məhsuldar ötürmə) yaxından iştirak edib.

Bu, həm də Vernerin 2024-cü il oktyabrın 30-dan bəri ilk qolu olub. O, daha əvvəl "Tottenhem"də çıxış edib.


Paylaş: