Levandovski üçün qərar anı
"Barselona"nın hücumçusu Robert Levandovskinin meneceri Pini Zahavi Kataloniya klubu ilə mümkün müqavilənin uzadılmasını müzakirə etməyə hazırdır.
Sportlife.az xəbər verir ki, 37 yaşlı futbolçu Kataloniya klubunda oynamağa davam etmək istəyir, lakin digər Avropa klublarından bir neçə sərfəli təklifi var.
Əvvəllər Levandovskinin agentinin artıq "Yuventus"la danışıqlar apardığı bildirilirdi. Polşalı hücumçunun "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.
Bu mövsüm Levandovski "Barselona"da 25 oyun keçirib və 12 qol vurub.