Alvares və Bastoni "Barsa"nı seçdi

  • Bu gün, 14:10

"Atletiko"nun hücumçusu Xulian Alvares və "İnter"in müdafiəçisi Alessandro Bastoni "Barselona"ya keçmək istəyirlər.

Sportlife.az xəbər verir ki, əgər Alvares Madriddən ayrılmaq qərarına gələrsə, "Arsenal" və PSJ-nin yox, Kataloniya klubunun təklifini seçəcək.

Bastoni ilə bağlı məsələdə isə idman direktoru Deku baş məşqçi Hans-Diter Flikdən təsdiq gözləyir.

"Barselona" hər iki futbolçunun xidmətində maraqlıdır.


Paylaş: