Soboslai tələsmir
"Liverpul"un yarımmüdafiəçisi Dominik Soboslai klubla müqavilə danışıqlarına başlamağa tələsmir.
Sportlife.az xəbər verir ki, macarıstanlı oyunçunun Mersisayd klubu ilə 2028-ci ilin yayına qədər müqaviləsi var.
O, hazırda bütün diqqətinin qarşıdakı oyunlarda olduğunu bildirib: "Dəfələrlə dediyim kimi, burada həqiqətən zövq alıram. Tamamilə rahatam. Qarşıda 5 oyunumuz var, bundan sonra beynəlxalq fasilə olacaq. Ondan sonra tam dincəlməyi planlaşdırıram. Sonra nələrin baş verdiyini görəcəyik".