AÇ: 2 güləşçimiz yarımfinalda

  • Bu gün, 15:53

Albaniyanın paytaxtı Tiranada bu gün start götürən güləş üzrə Avropa çempionatında Azərbaycanın 2 yunan-Roma güləşçisi yaımfinala adlayıb.

Sportlife.az xəbər verir ki, İslam Abbasov (87 kq) və Beka Kandelaki (125 kq) finala vəsiqə uğrunda mübarizə aparacaq.

Abbasov polşalı Arkadiuş Kuliniçə qalib gələrək 1/4 finala yüksəlib. Azərbaycan güləşçisi bu mərhələdə Norveç təmsilçisi Eksos Mukubunu da üstələyərək adını yarımfinala yazdırıb.

Kandelaki isə startda yerli idmançı Qriseldi Kodrunu (Albaniya) məğlub edib. O, 1/4 finalda almaniyalı Yello Krameri də üstələyərək yarımfinala adlayıb.

Qeyd edək ki, Rəşad Məmmədov (55 kq), Ziya Babaşov (63 kq) və Sənan Süleymanov (77 kq) isə 1/4 finalda uduzub.


Paylaş: