"El Klasiko"ya ən ucuz bilet 500 avorodur
"Barselona" mövsümün son "El Klasiko"sunun bilet satışlarına başlayıb.
Sportlife.az xəbər verir ki, La Liqanın XXXV turu çərçivəsində "Real"a qarşı oyun mayın 10-da "Kamp Nou"da keçiriləcək.
Prinsipial görüş üçün ən ucuz biletin qiyməti 499, ən bahalı bilet isə 2250 avrodur.
Qiymətlər sosial mediada tənqid dalğasına səbəb olub. Bir çox istifadəçi qiymətləri "şişirdilmiş" adlandırır və bunun azarkeşləri stadionlara gəlməkdən çəkindirdiyini bildirir.