Modriç 14-cü dəfə fərqləndi
"Milan"ın yarımmüdafiəçisi Luka Modriç Xorvatiyada 2025-ci ilin ən yaxşı futbolçusu seçilib.
Sportlife.az xəbər verir ki, 40 yaşlı futbolçu mükafatı ötən həftə Xorvatiya Futbol Assosiasiyasından alıb.
Bu, onun karyerasında ümumilikdə 14-cü, ardıcıl isə 10-cu analoji mükafat olub. Futbolçu 2018-ci ildə "Qızıl top" mükafatını da qazanıb.
Modriç ötən yay "Milan"a azad agent kimi keçib.