Kubokda ilk finalçı bəlli olur

  • 21 Aprel 2026, 11:02

Futbol üzrə Azərbaycan Kubokunda bu gün ilk finalçı müəyyənləşəcək.

Sportlife.az xəbər verir ki, yarımfinalın cavab oyununda "Turan Tovuz" "Zirə"nin qonağı olacaq.

Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 19:00-da start götürəcək. Görüşün baş hakimi Əli Əliyev olacaq.

İlk görüşdə "Zirə" 2 cavabsız qolla qalib gəlib.

Xatırladaq ki, yarımfinal mərhələsinin digər cavab matçı aprelin 22-də keçiriləcək. "Sabah" "Qarabağ"ı (ilk oyun - 2:2) qəbul edəcək.


Paylaş: