İrqçi təhqirin cəzası - 6 oyun
"Benfika"nın futbolçusu Canluka Prestianni 6 oyunluq diskvalifikasiya edilib.
Sportlife.az xəbər verir ki, buna argentinalı vingerin Çempionlar Liqası matçında "Real"ın hücumçusu Vinisiusu təhqir etməsi səbəb olub.
İrqçiliyə yol verən oyunçu ağır cəzaya məruz qalıb. Cəzanın 3-ü şərti hesab olunub.
UEFA Prestianninin cəzasını Avropa oyunlarından kənara çıxarmaq üçün FIFA-ya müraciət etməyi planlaşdırır.