"Trabzonspor"dan 2 transfer
"Trabzonspor"un prezidenti Ərtoğrul Doğan yay transfer pəncərəsi üçün ən azı iki yeni transferin keçidini açıqlayıb.
Sportlife.az xəbər verir ki, o, ad açıqlamasa da, Türkiyə mətbuatı həmin futbolçuları dəqiqləşdirə bilib.
Bunlar "Cenoa"nın ukraynalı yarımmüdafiəçisi Ruslan Malinovski və "Köln"ün gənclər komandasının 17 yaşlı türkiyəli vingeri Tyerri Karadenizdir.