Maradonanın heykəlini bağçasında ucaltdı

  • 24 Aprel 2026, 13:27

"Napoli"nin yarımmüdafiəçisi Billi Gilmur əfsanəvi Dieqo Maradonanın heykəlini bağçasında quraşdırıb.

Sportlife.az xəbər verir ki, futbolçu görüntüləri sosial media hesabında paylaşıb.

Heykəli rəssam Stefano Çezi hazırlayıb.

Daha əvvəl "Napoli"nin digər yarımmüdafiəçisi Skott MakTominey bu addımı atmışdı.

Maradona 1984-cü ildən 1991-ci ilə qədər "Napoli"də oynayıb, 258 oyunda 115 qol vurub və 76 məhsuldar ötürmə edib. Klubla birlikdə Maradona iki dəfə Seriya A titulunu, İtaliya Kubokunu, UEFA Kubokunu və İtaliya Superkubokunu qazanıb.


Paylaş: