Valverdenin yerinə Terziç
Edin Terziç "Atletik"in yeni baş məşqçisi ola bilər.
Sportlife.az xəbər verir ki, almaniyalı mütəxəssis hazırda bu posta əsas namizəddir. Bask klubunun rəhbərliyi 43 yaşlı çalışdırıcı ilə işləməkdə maraqlıdır.
Terziçin son işi 2018-ci ildən 2024-cü ilə qədər köməkçi məşqçi, baş məşqçi və texniki direktor vəzifələrində çalışdığı Dortmun "Borussiya"sı olub. O, əvvəllər "Vest Hem" və "Beşiktaş"da da işləyib
Terziç razılıq versə, "Atletik"də Ernesto Valverdeni əvəzləyəcək.