"Barsa" Reşfordu göndərir

  • Bu gün, 12:54

Markus Reşford yayda "Barselona"nı tərk edəcək.

Sportlife.az xəbər verir ki, klubun idman direktoru Deku ingiltərəli vingeri saxlamaqdansa, 30 milyon avroya yeni hücumçu transfer etməyə üstünlük verir.

Kataloniya klubu hesab edir ki, Reşford Rafinyanın yoxluğunda fürsətlərindən maksimum yararlana bilməyib. Rəhbərlik xüsusilə Reşfordun Çempionlar Liqasının 1/4 final matçlarında "Atletiko"ya qarşı oyunundan məyus olub. Klub indi hücum xəttini gücləndirmək üçün digər variantları nəzərdən keçirməyə hazırdır.

28 yaşlı hücumçu 2025-ci ilin iyul ayında "Mançester Yunayted"dən icarə əsasında "Barselona"ya keçib. İspaniya klubu üçün o, 44 matçda 12 qol vurub və 13 məhsuldar ötürmə edib.


Paylaş: