PSJ-nin prezidenti rəqiblərə hörmət edir
PSJ prezidenti Nasser Əl-Xəlaifi komandasının Çempionlar Liqasının yarımfinalına yüksəlməsindən qürur duyur.
Sportlife.az xəbər verir ki, qətərli iş adamı bu barədə "The Forum"a açıqlamasında deyib:
"PSJ-nin Çempionlar Liqasının yarımfinalına yüksəlməsindən çox qürur duyuram. Bu, dünyanın ən yaxşı turniridir və biz ardıcıl üçüncü ildir ki, bu mərhələyə çatırıq. Bu, çox yüksək səviyyəli bir yarışdır.
Bütün klublar çox yaxşı oynayır. "Arsenal", "Bavariya", "Atletiko"... Bütün yarımfinalçılara böyük hörmətim var".
Qeyd edək ki, PSJ yarımfinalda "Bavariya" ilə qarşılaşacaq. İlk oyun aprelin 28-də Parisdə keçiriləcək.