"Real"ın futbolçuları tennis oynadı
ATP və WTA beynəlxalq turnirləri zamanı "Real"ın yarımmüdafiəçisi Cud Bellinqem və qapıçı Tibo Kurtua tennisçilər Rafael Nadal və Yannik Sinnerlə "Santyaqo Bernabeu" stadionunda açılan məşq meydançasında tennis oynayıblar.
Sportlife.az xəbər verir ki, bu səbəbdən ot örtüyü gil örtüklə əvəzlənib. Turnirlər 3 maya qədər davam edəcək.
"Real" isə mayın 14-dək evdə oynamayacaq.